Əsas Səhifə > Dünya > Şengen zonasına "əl gəzdirəcəklər"
Şengen zonasına "əl gəzdirəcəklər"1-12-2020, 09:21 |
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Şengen zonasını təkmilləşdirmək niyyətlərini açıqlayıb. "Şengen forumu"nda çıxış edən fon der Lyayenin sözlərinə görə, avropalılar açıq sərhədlərə öyrəşiblər, ancaq koronavirus pandemiyası Şengenin işləmədiyi zaman nələr baş verəcəyini göstərdi. O vurğulayıb ki, sazişi təkmilləşdirmək və möhkəmləndirmək lazımdır. AK rəhbəri qeyd edib ki, xarici sərhədləri nəzarəti gücləndirmək, müasir sistemlər quraşdırmaq, eləcə də sürətli və uyumlu prosedurlar yolu ilə tamamilə təhlükəsiz hala gətirmək lazımdır. Bundan başqa, o, təhlükəsizliyi Avropa ölkələrinin polislərinin sıx əməkdaşlığı, şübhəlilər haqda sürətli məlumat mübadiləsi vasitəsilə təmin etməyi, həmçinin Avropolun rolunu gücləndirməyi təklif edib. Fon der Lyayen deyib ki, daxili sərhədlərdə yoxlamalar isə ən son tədbirlərdən olmalıdır. Martda Fransa prezidenti Emmanuel Makron koronavirus pandemiyasını Avropa İttifaqına təhlükə adlandırmışdı. O qeyd etmişdi ki, pandemiya sərhədlərin olmaması kimi əsas Şengen prinsipinə təhlükə törədir. Geri qayıt |