Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 57 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 57 milyonu ötdü


20-11-2020, 08:13
Dünyada koronavirusa yoluxanların sayı 57 milyonu ötdü
Dünyada COVID-19-a yoluxma halların sayı 57 490 907-yə çatıb

Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda COVID-19 xəstələrinin sayı 11 981 180-ə çatıb. Yoluxma sayı üzrə siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində 8 999 049 nəfərdə təhlükəli virus aşkarlanıb.

Braziliyada 5 952 185 insana COVID-19 diaqnozu qoyulub. Fransada 2 860 288, Rusiyada 2 150 608, İspaniyada 1 574 063, Britaniyada 1 453 256, Argentinada 1 339 337 nəfərə koronavirus diaqnozu qoyulub.

Pandemiya ərzində dünyada koronavirusdan 1 362 255 insan həyatını itirib, virusa yoluxmuş 39 617 466 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Geri qayıt