Əsas Səhifə > Dünya > Tramp: "Bayden qanunsuz olaraq prezidentliyini iddia etməməlidir"

Tramp: "Bayden qanunsuz olaraq prezidentliyini iddia etməməlidir"


7-11-2020, 08:57
Tramp: "Bayden qanunsuz olaraq prezidentliyini iddia etməməlidir"
ABŞ-ın hazırkı prezidenti Donald Tramp Demokratların namizədi Co Baydenin seçkilərdə qalib gəlməsi barədə “qanunsuz” danışmamalı olduğunu bildirib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə amerikalı lider özünün “Twitter” səhifəsində yazıb.

Dövlət başçısı məhkəmə proseslərinin yenicə başladığını da qeyd edib.

“Co Bayden qanunsuz olaraq prezidentliyini iddia etməməlidir. Mən də bunu edə bilərdim. Məhkəmə işləri hələ təzə başlayır!” – deyə Tramp bildirib.

D.Tramp, həmçinin bəzi ştatlarda səslərin sayılması zamanı Baydenin qazandığı üstünlüyü məhkəmə yolu ilə yenidən əldə edə biləcəyinə də ümid etdiyini vurğulayıb.

Geri qayıt