Əsas Səhifə > Dünya > "Sən ölkədə müsəlmanları tənqid etməyə başlayanda bu sənə nə verəcək?"

"Sən ölkədə müsəlmanları tənqid etməyə başlayanda bu sənə nə verəcək?"


3-11-2020, 09:01
"Sən ölkədə müsəlmanları tənqid etməyə başlayanda bu sənə nə verəcək?"
Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa Prezidenti Emmanuel Makronun anti-İslam fikirlərini tənqid edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

“Peyğəmbərə toxunma. Sən ölkədə müsəlmanları tənqid etməyə başlayanda bu sənə nə verəcək?”, - Lukaşenko Makronun Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən “Charlie Hebdo” jurnalını müdafiə etməsinə münasibət bildirirkən deyib.

Dövlət başçısı bildirib ki, Belarusda digər dinlərin nümayəndələri ilə fəal əməkdaşlıq edirlər və Minskdə məscidin açılmasını misal gətirib.

Lukaşenkonun sözlərinə görə, Belarusda müsəlmanlar “heç vaxt problem yaratmayıblar” və seçkilərdə, demək olar ki, həmişə ona və hakimiyyətə dəstək veriblər.

Belarus prezidentinin sözlərinə görə, “möminlərin duyğularına müdaxilə” qəbuledilməzdir. “Bəlkə, onunla (Makronla –red.) müsəlmanlar arasında vasitəçiliyə ehtiyacı var? Mən ona kömək edə bilərəm”, - Lukaşenko deyib.

Geri qayıt