Əsas Səhifə > Dünya > “Azad Kataloniya” əməliyyatı başladı

“Azad Kataloniya” əməliyyatı başladı


23-10-2017, 09:41
“Azad Kataloniya” əməliyyatı başladı
“Anonimus” haker qrupu İspaniya hökumətinin rəsmi saytlarına hücum gerçəkləşdirib.

Axar.az xəbər verir ki, hakerlər ilk hücumu İspaniya Konstitusiya Məhkəməsinin saytına ediblər. Nəticədə 24 saat ərzində sayta giriş mümkün olmayıb. Daha sonra isə hakerlər İqtisadiyyat, İnkişaf və Ədliyyə nazirliklərinə, İspaniya Xalq Partiyasına hücum ediblər. “Anonimus” bu hücumlarla “Azad Kataloniya” əməliyyatına başladığını bildirib.

Qeyd edək ki, “Anonimus” bundan öncə Kataloniyanın müstəqilliyini tanımışdı.

Geri qayıt