Əsas Səhifə > Dünya > AB Türkiyənin üzvlüyünə yardımı kəsir

AB Türkiyənin üzvlüyünə yardımı kəsir


20-10-2017, 09:17
AB Türkiyənin üzvlüyünə yardımı kəsir
Avropa Birliyinin (AB) liderləri Türkiyənin birliyə üzvlüyünə kömək üçün maliyyə yardımını azaltmağa razılaşıblar. Səbəb kimi Ankaranın hüququn aliliyi və insan haqları öhdəliklərinin əksinə getməsidir

AB liderləri açıqlamanı oktyabrın 20-də veriblər.

Almaniya kansleri Angela Merkel Brüsseldə keçirilən sammitdə Türkiyədə insan haqlarının durumunu «tamamilə qeyri-qənaətbəxş» adlandırıb, ancaq onu da əlavə edib ki, açıq qarşıdurma, NATO müttəfiqiylə «körpüləri yandırmaq» istəmir.

Merkel Türkiyəylə danışıqları davam etdirmək istədiyini söyləyib. Onun sözlərinə görə, AB liderləri arasında Türkiyəylə üzvlük danışıqlarına tamamilə son verməklə bağlı konsensus yoxdur. Danışıqlar 2005-ci ildən gedir.

Kansler deyib ki, qurumun icraçı qanadı AB-nin Türkiyəyə verməyə razılaşdığı 4.45 milyard avroluq yardımın kəsilməsi təklifləri üzərində işləyəcək. Bu yardım Türkiyəyə AB üzvlüyünə hazırlaşmaqdan ötrü verilməlidir.

«Bu, açıq-aşkar uğurlu addım olmadı», – Avstriyanın kansleri Christian Kern deyib.

Merkel və AB-nin digər liderləri Türkiyəni Avropaya miqrant axınının önlənməsində köməyinə görə isə alqışlayıb.

Geri qayıt