Əsas Səhifə > Dünya > ABŞ Türkiyənin Rusiyadan “S-400” əldə etməsini problem adlandırıb
ABŞ Türkiyənin Rusiyadan “S-400” əldə etməsini problem adlandırıb13-10-2017, 08:03 |
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib. “Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır”, - deyə Key Beyli Xatçison “Washington Post” nəşrinə müsahibəsində bildirib. Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. “ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”, - deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib. Geri qayıt |