Əsas Səhifə > Dünya, Güney Press > Myanma ölkədən qaçanları saxlamaq üçün sərhədə minalar yerləşdirir
Myanma ölkədən qaçanları saxlamaq üçün sərhədə minalar yerləşdirir6-09-2017, 09:06 |
Myanma hökuməti Banqladeşlə sərhəddə minalar yerləşdirmək barədə göstəriş verib. Trend-in məlumatına görə, bu barədə xarici KİV Banqladeş hökumətindəki mənbə deyib. Mənbənin sözlərinə görə, bu qərar çox güman ki, ölkədən rohincalalıların qaçmasının qarşısnı almaq üşün verilib. Mənbənin sözlərinə görə, sərhddə mina yerləşdirilməsi artıq üçüncü gündür ki, davam edir: "Onlar sərhəd boyu tikanlı məftillər ətrafında öz ərazilərində mina yerləşdirirlər". Mənbə qeyd edib ki, Banqladeş hökuməti bu barədə məlumatı sərhəd boyu çəkilən fotolara istnadən alıb. Geri qayıt |