Əsas Səhifə > Dünya > Rusiya ABŞ-ın viza tədbirinə cavab verməyəcək

Rusiya ABŞ-ın viza tədbirinə cavab verməyəcək


29-08-2017, 10:39
Rusiya ABŞ-ın viza tədbirinə cavab verməyəcək
ABŞ səfirliyinin Rusiya vətəndaşlarına viza verilməsinə məhdudiyyət qoymasına Rusiya cavab verməyəcək, çünki bu «soyqırımı»na bərabər olar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib.

Müxalifyönlü «Dojd» televiziyasına danışan Zakharova söyləyib ki, Rusiya ABŞ-ın son sanksiyalarına cavab tədbirləri hazırlayır. Sanksiyaları prezident Donald Trump avqustun əvvəlində imzalayıb.

«Bu sanksiyalara cavab verməyə məcburuq», – Zakharova deyib.

Ancaq onun sözlərinə görə, Rusiyada qeyri-mühacir vizalarının verilməsini məhdudlaşdırmaqla bağlı ABŞ səfirliyinin açıqlamasına cavab olaraq heç bir addım atılmayacaq.

«Buna hər hansı reaksiya olmayacaq, çünki bu, adi adamların soyqırımı olardı», – sözçü vurğulayıb.

Moskva ABŞ-dan tələb edib ki, diplomatik missiyasını 455 nəfərə salsın. Bundan sonra ABŞ səfirliyi vizayla bağlı açıqlama yayıb.

Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə müdaxilə etməsi iddiaları ortaya atılandan ikitərəfli münasibətlər gərginləşib. Ötən il ovaxtkı prezident Barack Obama onlarla rusiyalı diplomatı ölkədən çıxarıb.

Geri qayıt