Əsas Səhifə > Dünya > Türkiyə ordusunun 10 generalı rütbədən məhrum edilib
Türkiyə ordusunun 10 generalı rütbədən məhrum edilib25-08-2017, 09:36 |
Türkiyə ordusunun Hərbi Hava Qüvvələrinin 10 generalı rütbədən məhrum edilib. “Report” xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub. İnformasiyaya görə, Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində xidmət edən həmin generallar bir müddət əvvəl öz istəkləri əsasında ərizə yazaraq istefa veriblər. Yeni yayımlanan qanun hökmündə qərara əsasən isə onlar terror qruplaşmasına, yaxud milli təhlükəsizliyə qarşı fəaliyyət göstərən qruplara üzv olduqlarına və ya onlarla əməkdaşlıq etdiklərinə görə rütbələri alınıb və təqaüdçü vəsiqələri ləğv edilib. Həmin qərarda bildirilib ki, onların bütün vəzifələrdə səlahiyyətləri bitmiş sayılır. Sənədə əsasən, zabitlərin şəxsi silah gəzdirmək üçün icazələri, pilot vəsiqələri, pasportları ləğv edilib. Qərar görə, generallar xüsusi təhlükəsizlik şirkətlərinin qurucusu, ortağı və oranın işçisi ola bilməz. Geri qayıt |