Əsas Səhifə > Dünya > Amerikalı diplomatlar hücuma məruz qaldı

Amerikalı diplomatlar hücuma məruz qaldı


25-08-2017, 09:07
Amerikalı diplomatlar hücuma məruz qaldı
Amerika Birləşmiş Ştatlarının Kubadakı səfirliyinin əməkdaşları akustik hücuma məruz qalıblar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Səfirliyin əməkdaşlarına tibbi müdaxilə edilib. Onlardan bir neçəsi eşitmə qabiliyyətini itirib.

Naməlum şəxs və ya şəxslər diplomatlara eşidilməyən səs dalğaları ilə hücum ediblər. ABŞ hökuməti hücuma məruz qalan şəxsləri geri çağırıb.

ABŞ dövlət katibi Reks Tillerson hadisəni “insan sağlamlığa hücum” kimi qiymətləndirib.

Geri qayıt