Əsas Səhifə > Dünya > Senator Trampı 'bacarıqsızlıqda' ittiham edir

Senator Trampı 'bacarıqsızlıqda' ittiham edir


18-08-2017, 09:08
Senator Trampı 'bacarıqsızlıqda' ittiham edir
Respublikaçı senator ABŞ prezidenti Donald Trump-ın В«bacarıqsızlığınınВ» ölkəyə təhlükə yaratdığını deyib.

Senatın Xarici əlaqələr komitəsinin sədri olan Bob Corker-i Trump dövlət katibi vəzifəsinə qoymaq istəyirdi. O, avqustun 17-də deyib ki, Trump radikal dəyişikliklər etməsə, ölkəni В«böyük təhlükəВ»yə sala bilər.

Corker bunları nooga.com-da yerləşdirdiyi videoda söyləyib. Bundan öncə Trump irqçiliyi əvvəlcə pisləsə də, sonradan başqa cür danışıb. Üstəlik, Barselonada В«İslam DövlətiВ» (İŞİD) qruplaşmasının hücumunda 13 nəfərin həlak olmasından sonra deyib ki, islamçıların qəddarlıqla edamı bu cür hücumları önləməyin ən yaxşı yoludur.

В«Radikal dəyişikliklər olmalıdır. Prezident hələlik uğur qazanmaq üçün sərgiləməli olduğu sabitliyi, yaxud bacarığı ortaya qoya bilməyibВ», – Corker Tennessi ştatında deyib.

В«Bizə onun uğuru lazımdır. Millətimizə onun uğur qazanması lazımdır. Respublikaçı, yaxud demokrat olmağının məsələyə dəxli yoxdurВ», – senator söyləyib.

Geri qayıt