Əsas Səhifə > Dünya, Güney Press > ABŞ iqlim üzrə Paris sazişindən çıxış prosesinə başlayıb

ABŞ iqlim üzrə Paris sazişindən çıxış prosesinə başlayıb


5-08-2017, 12:49
ABŞ iqlim üzrə Paris sazişindən çıxış prosesinə başlayıb
ABŞ Dövlət Departamenti BMT baş katibi Antoniu Quterreşə Vaşinqtonun iqlim üzrə Paris sazişində öz iştirakını dayandırması barədə rəsmi bildiriş təqdim edildiyini bildirib.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, ABŞ vurğulayıb ki, ölkə qlobal istiləşmə ilə mübarizəni dəstəkləyir və xüsusi şərtlərlə sazişə geri qayıtmağa hazırdır.

Hələlik ABŞ sazişdən çıxa bilməz, belə ki, iştirakçılar fəaliyyətə başladıqdan üç il ərzində - 2019-cu ilədək bunu etməyəcəklərinə dair öhdəlik götürüblər.

Geri qayıt