Əsas Səhifə > Dünya > Tramp deyir, Rusiya ona kömək etməyib

Tramp deyir, Rusiya ona kömək etməyib


4-08-2017, 08:43
Tramp deyir, Rusiya ona kömək etməyib
ABŞ prezidenti Donald Trump deyir ki, ötənilki seçkini Rusiyanın köməyi ilə udmayıb. Bu arada media yazır ki, Ədliyyə Departamenti Rusiyanın seçkiyə iddia olunan müdaxilə cəhdlərini araşdırmaq üçün böyük münsiflər heyəti yaradıb.

В«Çox adam bilir ki, kampaniyamızda rusiyalı olmayıb. Biz Rusiyaya görə qələbə çalmamışıq. Biz sizin sayənizdə seçkini udmuşuqВ», – Trump avqustun 3-də Qərbi Virciniyada tərəfdarları qarşısında çıxışında deyib.

Respublikaçı Trump demokratları В«yalanВ», В«tamamilə uydurulmuşВ» Rusiya əhvalatını irəli aparmaqda suçlayıb.

В«The Wall Street JournalВ» və digər media orqanları isə yazırlar ki, Ədliyyə Departamentinin xüsusi müşaviri Robert Mueller Trump kampaniyasının Moskvayla əlaqələrini araşdırmaq məqsədiylə böyük münsiflər heyəti yaradıb.

Trump-ın sözlərinə görə, Rusiyanın onun seçilməsinə kömək etməsi ideyası belə, В«hamımızı, hər şeydən çox ölkəmizi və Konstitusiyamızı alçaldırВ».

Geri qayıt