Əsas Səhifə > Dünya > Yaponiyanın yeni nazirləri onlar oldu

Yaponiyanın yeni nazirləri onlar oldu


3-08-2017, 09:30
Yaponiyanın yeni nazirləri onlar oldu
Yaponiyada Nazirlər Kabinetində aparılan yerdəyişmələr sonunda yeni xarici işlər naziri əvvəllər İnzibati İslahatlar üzrə Nazirliyin rəhbəri olmuş Taro Kono olub. Trend-in məlumatına görə, ölkənin yeni müdafiə naziri isə əvvəllər də bu postu tutmuş İtsunori Onoeru olub.

Okinava və Şimal əraziləri üzrə nazir postuna isə Tetsuma Esaki təyin edilib.

Qeyd edək ki, Yaponiyanın Nazirlər Kabineti hökumətdə yeni yerdəyişmələr ərəfəsində fövqəladə iclas çağırmış və iclas zamanı nazirlər öz istefalarını ölkənin baş naziri Sinzo Abeyə təqdim etmişdilər.

Geri qayıt