Əsas Səhifə > Dünya, Güney Press > Türkiyədə general və admiralların sayı 40 faiz azalıb

Türkiyədə general və admiralların sayı 40 faiz azalıb


24-07-2017, 11:29
Türkiyədə general və admiralların sayı 40 faiz azalıb
Ötən ilin iyulunda Türkiyədə hərbi çevrilişə cəhddən sonra keçən zaman ərzində Türkiyə Hərbi Qüvvələrində aparılan təmizləmə işlərindən sonra general və admiralların sayı 40 faiz azalıb.

Trend-in məlumatına görə, hərbi çevrilişə cəhddən öncə Türkiyə Hərbi Qüvvələrində 236 general və admiral olduğu halda, indi onların sayı 196-dır.

Həmin hadisədən sonra Türkiyə Hərbi Qüvvələrinə 13 min yeni hərbçi cəlb edilib ki, onların da əksəriyyəti istefada olan hərbçilərdir.

Geri qayıt