Əsas Səhifə > Dünya > Ərdoğana sui-qəsd ola bilər
Ərdoğana sui-qəsd ola bilər20-07-2017, 09:11 |
Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş “G20” sammitindən əvvəl Almaniya federal polisinə verbal nota göndəriblər. Gununsesi.info bu barədə “Welt” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, nota iyulun 6-da göndərilib. Məktubda “Alman polisi geyimində olan şəxslər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edə bilərlər”,-deyə vurğulanıb. Bundan əlavə potensial sui-qəsdçinin adı da qeyd olunub. Onun keçmiş Türkiyə polisi olduğu bildirilib. “Welt”in sorğusuna cavab olaraq Almaniya polisi məktub aldıqlarını təsdiqləyib. Ancaq hesablamalara əsasən sui-qəsd ehtimalının az olduğu vurğulanıb. Qeyd edək ki, 7-8 iyulda Hamburq şəhərində “G20″-nin (Böyük 20-lik) sammiti keçirilib. Geri qayıt |