Əsas Səhifə > Dünya > Rusiya OPEC razılaşmasının işlədiyini deyir
Rusiya OPEC razılaşmasının işlədiyini deyir7-07-2017, 09:27 |
![]() OPEC-lə Rusiya və digər neft hasilatçıları arasında qlobal razılaşma işləyir və hasilatın məhdudlaşdırılması üçün əlavə addımlara ehtiyac yoxdur. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyir. В«Məncə, qəbul olunan qərarlar düzgün idiВ», – Novak iyulun 6-da В«ReutersВ» agentliyinə söyləyib. Onun sözlərinə görə, əlavə tədbirlər neft bazarında qarışıqlıq və anlaşılmazlıq yaradar. В«Qiymət daha yuxarı səviyyədə oturuşub, bu da investorların, hasilatçıların və istehlakçıların maraqlarını nəzərə almağa imkan verirВ», – Novak deyib. Bu il neftin qiyməti 50-60 dollar civarında tərəddüd edib. Hazırda Londonda xam neftin barreli 48 dollardır. Geri qayıt |