Əsas Səhifə > Dünya > Astanada Suriyada sülh qarantlarının işçi qrupunun toplantısı başlayıb
Astanada Suriyada sülh qarantlarının işçi qrupunun toplantısı başlayıb4-07-2017, 09:58 |
Astanada Suriyada sülh qarantlarının (Rusiya, Türkiyə və İran) işçi qrupunun toplantısı işə başlayıb. SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, başlıca məsələ deeskalasiya zonalarının sərhədlərinin razılaşdırılmasıdır. Hazırda Rusiya və Suriya nümayəndələri ikitərəfli görüş keçirirlər. Astanadakı danışıqlarda Rusiya nümayəndə heyətinə ölkə prezidentinin Suriya münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev rəhbərlik edir. Suriya nümayəndə heyətinin başında isə ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəəfəri durur. Qrupun tərkibinə Suriyanın Moskvadakı səfiri Riyad Həddad da daxildir. Sabah yerli vaxtla təxminən nahardan sonra plenar iclasın keçirilməsi planlaşdırılır. Geri qayıt |