Əsas Səhifə > Dünya > Əfqanıstanda ABŞ əsgərlərinə silahlı hücum edilib
Əfqanıstanda ABŞ əsgərlərinə silahlı hücum edilib19-06-2017, 09:15 |
Əfqanıstanın Mezar-ı Şərif şəhərində bir əfqan əsgərinin NATO bazasında xidmət edən Amerika Birləşmiş Ştatları əsgərlərinə silahla hücum etməsi nəticəsində 4 əsgər yaralanıb. SalamNews-un “TRT”yə istinadən verdiyi məlumata görə, Əfqanıstanın şimalındakı 209-cu Şahin Korpusu Komandanlığının sözçüsü Əbdülqədir Ara Mezar-i Şərifin Dehdadi bölgəsində yerləşən hərbi hissədə bir əsgərin onlara təlim keçən ABŞ əsgərlərinə atəş açdığını söyləyib. Hücumda 4 ABŞ əsgərinin yaralandığını qeyd edən Aram hadisədən sonra təcavüzkarın zərərsizləşdirildiyini bildirib. Əfqanıstandakı ABŞ qüvvələrindən verilən açıqlamada məsələnin araşdırıldığı qeyd edilir. Geri qayıt |