Əsas Səhifə > Dünya > "Rusiya Fransadakı seçkilərə müdaxilə edib"

"Rusiya Fransadakı seçkilərə müdaxilə edib"


14-06-2017, 10:26
"Rusiya Fransadakı seçkilərə müdaxilə edib"
Rusiya Niderland və Fransadakı seçkilərə müdaxilə edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı sualları cavablandırarkən deyib.

“Bəli, mən hesab edirəm ki, edib”, - deyə dövlət katibi vurğulayıb.

Tillerson, həmçinin hesab edir ki, Rusiya NATO-nun zəif olmasında maraqlıdır.

Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə müdaxilə etmək barədə bəyanatlarını rədd edib.

Geri qayıt