Əsas Səhifə > Dünya > Pentaqonun rəhbəri ABŞ ordusunun döyüş hazırlığının aşağı olmasından şoka düşüb

Pentaqonun rəhbəri ABŞ ordusunun döyüş hazırlığının aşağı olmasından şoka düşüb


13-06-2017, 10:05
Pentaqonun rəhbəri ABŞ ordusunun döyüş hazırlığının aşağı olmasından şoka düşüb
ABŞ-ın müdafiə naziri Ceyms Mettis Konqresdə dinləmələr zamanı ABŞ ordusunun döyüş hazırlığının aşağı olmasından şoka düşdüyünü bildirib.
"Report" BBC-yə istinadən xəbər verir ki, C.Mettis 2018-ci il üçün ABŞ-ın müdafiə büdcəsinin müzakirə olunduğu Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində dinləmələrdə çıxış edib.
Pentaqon rəhbəri ABŞ Silahlı Qüvvələrinin sabit maliyyələşməyə ehtiyac duyduğunu bildirib. "Heç bir düşmən xərclərin azaldılması kimi bizə ziyan vurmayıb", - deyə o vurğulayıb.
"Məhdudiyyətlərin qüvvəyə minməsindən üç ay sonra ordudan ayrıldım. Dörd il sonra nazirliyə qayıtdım və döyüşmək bacarığımızın səviyyəsinin aşağı olması məni şoka saldı", - nazir bildirib.
Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün ABŞ Silahlı Qüvvələrinə sabit maliyyələşmə ilə illər lazım olacaq.

Geri qayıt