Əsas Səhifə > Dünya > Türkiyə Qətərə dəstək verdiyinə görə təzyiqlə üzləşir
Türkiyə Qətərə dəstək verdiyinə görə təzyiqlə üzləşir12-06-2017, 10:39 |
Türkiyə Qətərə dəstək verdiyinə və regionun siyasi xəritəsini dəyişməyə hədəflənmiş qüvvələrə qarşı çıxdığına görə təzyiqlə üzləşir. Trend-in məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Mahir Ünal deyib. O qeyd edib ki, region ölkələri böhran yaşayır: "Əgər Türkiyə güclü olmasaydı, İraq və Suriyadakı böhran Türkiyəyə də keçə bilərdi". Geri qayıt |