Əsas Səhifə > Dünya > Qətər əmiri Türkiyəyə səfərini təxirə saldı
Qətər əmiri Türkiyəyə səfərini təxirə saldı10-06-2017, 10:07 |
Qətər əmiri Təmim bin Həməd əl Sani Türkiyəyə səfərini təxirə salıb. dia-az.life Trend-ə istinadən xəbər verir ki, bu qərar regionda baş verən diplomatik böhranlarla əlaqədardır. Ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub. Geri qayıt |