Əsas Səhifə > Dünya > Putin ABŞ seçkisinə müdaxiləylə bağlı deyilənləri danır
Putin ABŞ seçkisinə müdaxiləylə bağlı deyilənləri danır5-06-2017, 09:11 |
![]() Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trump-la bağlı əlində kompromat olması haqda deyilənləri təkzib edib. O, Moskvanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə etmədiyini də dilə gətirib. Putin iyunun 4-də ABŞ-ın NBC telekanalının В«Sunday Night with Megyn KellyВ» proqramına müsahibə verib. O deyib ki, əlində Trump-a ziyan vuracaq informasiya barədə məlumatlar daha bir cəfəngiyatdır: В«Bütün bu məlumatları haradan alırıq?В». Putin-in dedikləri proqramda ruscadan ingiliscəyə tərcümə olunub. O söyləyib ki, Moskvanın, ABŞ-ın çoxsaylı kəşfiyyat agentliklərinin iddia etdiyi kimi, prezident seçkisinə müdaxiləsinə ehtiyac yoxdur. В«Bunu etməyə ehtiyac da yoxdur. Prezidentlər gəlirlər, gedirlər, hətta hakimiyyətdəki partiyalar belə dəyişirlər, ancaq əsas siyasi kurs dəyişmirВ», – Putin deyib. Putin ABŞ prezidentiylə В«xüsusi münasibətiВ» olmadığını bildirib. Hazırda ABŞ kəşfiyyat orqanları Rusiya rəsmilərinin ötənilki prezident seçkisi kampaniyasına mümkün təsirini araşdırır. Geri qayıt |