Əsas Səhifə > Dünya > Türkiyədə 274 terrorçu zərərsizləşdirilib
Türkiyədə 274 terrorçu zərərsizləşdirilib3-06-2017, 10:32 |
Türkiyədə may ayı ərzində keçirilən antiterror əməliyyatlarında 27 PKK terrorçusu zərərsizləşdirilib. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, 1-31 may tarixlərində keçirilən əməliyyatlarda terrorçuların hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 13 üzvü, eləcə də bir dinc sakin həlak olub, 1 nəfər yaralanıb. Əməliyyat və terror hücumlarında yaralanan 46 hərbçi hazırda xəstəxanalarda müalicə alır. PKK və onun gənclər qoluna qarşı keçirilən əməliyyatlarda 423 şübhəli şəxs saxlanılıb. Şübhəlilərdən HDP-nin Siirt millət vəkili Besime Konca daxil olmaqla 146-sı həbs olunub. Geri qayıt |