Əsas Səhifə > Dünya > Türkiyə ABŞ-ı iftar vermədiyinə görə tənqid edir
Türkiyə ABŞ-ı iftar vermədiyinə görə tənqid edir2-06-2017, 10:31 |
Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ Dövlət Departamentini tənqid edib. Səbəb Departamentin bu il Ramazan ayı boyunca iftar verməyəcəyi barədə yayılan məlumatlardır. Bu haqda «Fox News» «The Associated Press» agentliyinə istinadla yazır. Erdoğan iyunun 1-də deyib ki, iftar süfrəsinin verilməməsiylə bağlı qərar diskriminasiyadır və Türkiyənin Birləşmiş Ştatlarla bağlı baxışlarının dəyişməsinə səbəb olar. Daha öncə «Reuters» informasiya agentliyi məlumat yaymışdı ki, dövlət katibi Rex Tillerson iftar süfrəsi açmaq təklifini rədd edib. Ancaq Dövlət Departamentinin rəsmiləri bu müqəddəs ayın qeyd olunmasının digər variantlarının götür-qoy edildiyini deyirdilər. «Din azadlığına qarşı çıxmadığınızı deyən siz deyildiniz? Bəs indi elədiyiniz nədir?», – Erdoğan deyib. «Reuters» yazırdı ki, 1999-cu ildən bəri Respublikaçı və Demokrat dövlət katibləri Ramazanda Departamentdə ya iftar veriblər, ya da bayram qəbulu keçiriblər. Vaşinqtonda, adətən, həmin tədbirlərə qatılan müsəlman qrupları da, həmişəkindən fərqli olaraq, hələ ki dəvət almadıqlarını söyləyiblər. Geri qayıt |