Əsas Səhifə > Dünya > Maduro Yeni Konstitusiya ilə referendum barədə elan edib
Maduro Yeni Konstitusiya ilə referendum barədə elan edib2-06-2017, 09:53 |
Venesuela prezidenti ölkənin yeni konstitusiyasının layihəsi ilə referendum keçirməyə hazırlaşır. FaktXeber.com-un Rossiya-24-ə istinadla məlumatına görə, Nikolas Maduro bildirib ki, qərarı xalq verməlidir. Qeyd edək ki, Venesuelada artıq iki aydır ki, hökumət əleyhinə aksiyalar keçirilir. Buna səbəb Ali Məhkəmənin müxalif Milli Assambleyanın səlahiyyətlərini azaltması olmuşdu. Daha bir etiraz dalğası isə Maduronun Konstitusiyanı dəyişmək üçün Təsis ığıncağının çağırılmasını elan etməsindən sonra başladı. Müxalifət bunu dövlət çvrilişi kimi qiymətləndirdi. Nümayişlərdə bu günə qədər 60-dan çox insan həlak olub. Geri qayıt |