Əsas Səhifə > Dünya > Putin Əsədə tam sahiblənir
Putin Əsədə tam sahiblənir31-05-2017, 08:14 |
Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədə tabe qüvvələrin İdlibdə kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübutun olmadığını bildirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu V. Putin “Le Figaro” nəşrinə müsahibəsində bildirib. “Bizim məlumatımıza görə, Əsədin kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübut yoxdur. Biz əminik ki, o bunu etməyib”, - deyə Rusiya prezidenti bildirib. “Suriya ordusunun kimyəvi silahdan istifadəsinə dair sübutsuz diskussiyalar dünya ictimaiyyətini sanksiyalar yolu ilə Əsədə təzyiqin davam etdirilməsinə zərurətin olmasına inandırmaq vasitəsidir”, - deyə Putin qeyd edib. Geri qayıt |