Əsas Səhifə > Dünya > Britaniya polisi ABŞ-la məlumatları paylaşır

Britaniya polisi ABŞ-la məlumatları paylaşır


26-05-2017, 09:56
Britaniya polisi ABŞ-la məlumatları paylaşır
Britaniya polisi deyir ki, mayın 25-də ABŞ agentlikləriylə kəşfiyyat məlumatının paylaşılmasını bərpa ediblər. Onlara informasiyanın qorunacağına təminat verilib. Mançesterdəki partlayışdan sonra ABŞ mediasına məlumat sızandan sonra əməkdaşlıq qısa müddətə dayandırılmışdı.

«Adətən, informasiyanın paylaşılmasını şərh etmirik. Təzəlikcə təminat aldığımızdan, «Beş göz» kəşfiyyat alyansı da daxil olmaqla, dünyadakı əsas tərəfdaşlarımızla sıx işləyirik», – Britaniyanın əks-kəşfiyyat siyasəti üzrə baş rəsmisi Mark Rowley deyib.

«Beş göz» alyansına Böyük Britaniya, Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir.

Mayın 25-də Britaniyanın baş naziri ABŞ prezident Donald Trump-la danışıb, ona iki ölkənin paylaşdığı kəşfiyyat məlumatının gizli qalmalı olduğunu bildirib.

Mançesterdə mayın 22-də axşam törədilmiş partlayışda 22 nəfər həlak olub.

Britaniya polisi hadisəyə görə artıq onuncu şübhəlini saxlayıb.

Geri qayıt