Əsas Səhifə > Dünya, Güney Press > "Çətin ki, neftin qiyməti o səviyyəyə çatsın"
"Çətin ki, neftin qiyməti o səviyyəyə çatsın"26-05-2017, 09:24 |
"Yaxın illərdə neftin qiymətinin 2014-cü il səviyyəsinə çatması çətin ki, mümkün olsun". “RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak CNBC televiziyasına müsahibəsində deyib. Qeyd edək ki, neftin qiyməti 2014-cü ildə bir barel üçün təxminən 115 dollar təşkil edirdisə, 2016-cı ildə üç dəfədən çox - 30 dollaradək aşağı düşmüşdü. Hazırda Brent markalı neftin bir barelinin qiyməti 51,36 dollar, WTI nefti isə 48,80 dollar təşkil edir. Ötən gün isə OPEK və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha doqquz ay, yəni 2018-ci ilin birinci rübünədək uzadılmasına qərar veriblər. AzVision.az Geri qayıt |