Əsas Səhifə > Dünya > İrəvan Moskvanın ideyasını məsxərəyə qoydu

İrəvan Moskvanın ideyasını məsxərəyə qoydu


26-05-2017, 08:36
İrəvan Moskvanın ideyasını məsxərəyə qoydu
Avrasiya İttifaqı ölkələrinin vahid valyutaya keçməsi barədə danışıqlar ciddi deyil.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Bankının Maliyyə Sistemlərinin İdarə Edilməsi İdarəsinin rəhbəri Mqer Abramyan söyləyib.

“Bu bəyanatlar o qədər həqiqətdən uzaqdır ki, biz artıq buna yumorla yanaşmağa başlamışıq. Bu bəyanatlar həqiqət deyil. Belə müzakirələrin növbəti 15 ildə aparılması mənasızdır. Əgər bizim rubla keçmək niyyətimiz olsaydı, o zaman Mərkəzi Bank dramın yeni nominalla əvəz edilməsini müzakirə etməzdi”, – deyə o bildirib.

Qeyd edək ki, Avrasiya İttifaqı vahid valyutaya keçməyi hədəfləyir. Bu işdə, xüsusilə, Rusiya aktiv mövqe nümayiş etdirir.

Geri qayıt