Əsas Səhifə > Dünya > Bəşər Əsəd Trampın dağıtdığı bazaya qayıtdı
Bəşər Əsəd Trampın dağıtdığı bazaya qayıtdı24-05-2017, 09:35 |
Suriya hərbçiləri qırıcıları və hərbi texnikanı Şayrat bazasına qaytarmağa başlayıblar. Axar.az xəbər verir ki, NBS Nyus bu məlumatı ABŞ Müdafiə Nazirliyindəki 3 mənbəyə istinadla yayıb. Bildirilir ki, Suriya rejim qüvvələri bazadakı dağılan infrastrukturu bərpa ediblər və artıq Su-22 və MiQ-23 qırıcılarını aviabazaya yerləşdiriblər. “Tezliklə onlar Şayratdan uçmağa başlayacaqlar”, - mənbə qeyd edib. Suriya müxalifəti 4 apreldə İdlibin Xan-Şeyxun şəhərinə kimyəvi bomba atılması nəticəsində 80 dinc sakinin öldüyünü və 200 nəfərin yaralandığını bildirmişdi (bəzi mənbələrə görə, 100-dən artıq adam ölmüş, 500 nəfərsə yaralanmışdı). Günahkar olaraq Suriya silahlı qüvvələri göstərilmişdi. Bəşər Əsəd qüvvələri isə bu ittihamı rədd etmişdi. ABŞ Bəşər Əsədin bu hücumuna cavab olaraq 7 apreldə Şayrat bazasına raket hücumu həyata keçirdi. Pentaqon bazanı 59 raket zərbəsi ilə darmadağın etdiyini açıqladı. Geri qayıt |