Əsas Səhifə > Dünya > Rusiya Venesuelaya buğda göndərəcək

Rusiya Venesuelaya buğda göndərəcək


20-05-2017, 10:14
Rusiya Venesuelaya buğda göndərəcək
Rusiya hər ay Venesuelaya 60 min ton buğda göndərməyi vəd edir. Məqsəd bu Cənubi Amerika ölkəsindəki ərzaq böhranını yüngülləşdirməkdir.

Prezident Vladimir Putin venesuelalı həmkarı Nicolas Maduro-yla bu həftəki telefon söhbətində ərzaq yardımı vəd edib.

Hazırda ölkə dərin böhran içindədir. Minlərlə venesuelalı küçələrə çıxaraq yeni seçki tələb edir, prezidenti cinayətlərin artmasında, ərzaq çatışmazlığında, üçrəqəmli inflyasiyada günahlandırır.

Küçə etirazlarında azı 46 nəfər həlak olub.

Geri qayıt