Əsas Səhifə > Dünya > Türkiyədə PKK-çılardan rus raketi çıxdı
Türkiyədə PKK-çılardan rus raketi çıxdı11-05-2017, 08:47 |
Türkiyədə, Şirnakdan cənub şərqdə, Bestler-Dərələr rayonunda aparılan antiterror əməliyyatı zamanı PKK sığınacağından Rusiya istehsalı olan daşınan zenit-raket kompleksi SA-16 aşkarlanıb. Axar.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb. Raketin sığınacaq kimi istifadə edilən mağaranın 500 metr dərinliyində aşkarlandığı bildirilib. Əməliyyatlar davam edir. Qeyd edək ki, SA-16 raketi helikopter və digər hava hədəflərini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Geri qayıt |