Əsas Səhifə > Dünya > Rumınlar da hökumətə etiraz edir

Rumınlar da hökumətə etiraz edir


4-05-2017, 09:02
Rumınlar da hökumətə etiraz edir
Mayın 3-də mindən çox etirazçı Rumıniyada hökumət binasının qarşısına toplaşaraq, korrupsiya hərəkətlərini bağışlamağı hədəfləyən yeni qanun layihəsinə qarşı çıxıblar.

Yüzlərlə nümayişçi Rumıniyanın, NATO-nun, Avropa Birliyinin və ABŞ-ın bayraqlarını qaldırıb, «Vətənimizi oğrulardan qorumalıyıq!» şüarını səsləndirib. Etirazçıların sayı artdıqca, hökumət idarələrinin yerləşdiyi Qələbə meydanına gedən yolu bağlayıblar.

Etirazlara səbəb parlamentin hüquq komitəsində yeni qanun layihəsinin dəstəklənməsi olub. Bu qanun qəbul olunarsa, rüşvətxorluqda təqsirli bilinənlərə amnistiya veriləcək. Layihənin parlamentdə səsverməyə çıxarılacağı gözlənilir.

Bu komitədə hakim Sosial Demokrat Partiyasından deputatlar üstünlük təşkil edir. Amma partiya üzvü olan baş nazir Sorin Grindeanu təklif edilən dəyişiklikləri dəstəkləmədiyini bildirib.

Heç bir partiyanın üzvü olmayan prezident Klaus Iohannis səsvermədən «təəccübləndiyini» söyləyib.

Yanvarda hökumət vəzifədən sui-istifadəni dekriminallaşdırmaq istəyəndə, yüz minlərlə etirazçı küçələrə çıxmışdı. Onda hökumət geri çəkilməli oldu.

Geri qayıt