Əsas Səhifə > Dünya > FTB əməkdaşı İŞİD üzvünə aşıq oldu, ailə qurdular
FTB əməkdaşı İŞİD üzvünə aşıq oldu, ailə qurdular2-05-2017, 08:58 |
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Daniela Qrin Suriyada İŞİD terror qruplaşmasının üzvü - Denis Kaspert ilə ailə qurub. Trend-in məlumatına görə, FTB-də D.Qrinə İŞİD terror qruplaşmasının üzvü barədə araşdırılmada iştirak etmək tapşırılıb. FTB-nin tərcüməçisi olan D.Qrin rəhbərliyinə getmək niyyətində olduğu yer barədə yalan danışaraq, D.Kasperti onun haqqında araşdırılma aparılması barədə xəbərdarlıq edib. Qrin Kaspert ilə 2014-cü ildə ailə qurub, lakin KİV-lərə bu barədə yalnız indi məlum olub. Xəbərdə bildirilir ki, D.Qrin ABŞ-a qayıdıb. O, ABŞ-da həbs edilib. D.Qrin hökumətlə əməkdaşlıq etməyə razılaşıb. Məhkəmə D.Qrin barəsində 2 il həbs cəzası qərarı verib. Ötən il yayda D.Qrin azadlığa buraxılıb. Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında "CNN" telekanalı məlumat verib ki, 39 yaşlı D.Kaspert ABŞ aviasiyasının hücumu zamanı Suriyada ölüb. D.Kaspert ABŞ Dövlət Departamentində əsas təhlükəli beynəlxalq terrorçuların siyahısında olub. Geri qayıt |