Əsas Səhifə > Dünya > İvanka Tramp Suriya aerodromunu vurmaq üçün atasına təsir etmədiyini deyir
İvanka Tramp Suriya aerodromunu vurmaq üçün atasına təsir etmədiyini deyir26-04-2017, 09:33 |
ABŞ prezidenti Donald Trampın qızı İvanka Almaniyaya səfəri zamanı bəyan edib ki, Suriyanın Homs şəhərində hərbi aerodroma raket zərbələri endirmək barədə atasının qərarına təsir etməyib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə ABC telekompaniyası xəbər yayıb. «Bu düzgün interpretasiya olmazdı», -deyə jurnalistlərin onun Amerika mediasının Suriyada kimyəvi silahla bağlı xəbərlərindən təsirlənərək Trampdan SƏR-dəki hərbi obyektləri vurmasını istədiyi barədə xəbərləri şərh edərkən bildirib. Prezidentin qızı və yaxın köməkçisi olan İvanka əlavə edib: «Düşünürəm ki, hər bir insana gördüyü kadrlara baxmaq və bərk təsirlənməmək, reaksiya verməmək çətin olardı». İvanka Tramp həmçinin vurğulayıb ki, o, prezidentin müşaviri olaraq Vşinqtonun görməli işlərilə bağlı öz baxışlarını təqdim edib və bu, artıq belə düşüncədə olan Amerika liderinin fikirlərilə üst-üstə düşüb. Qeyd edək ki, cari ayın əvvəlin ABŞ prezidentinin oğlu Erik Tramp The Telegraph-ə müsahibəsində Suriyaya hava zərbələri endirməkdə İvankanın təsiri olduğunu demişdi. Independent qəzetinin məlumatına görə, məhz Trampın qızının bu məsələdə vacib rol oynayıb. Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri aprelin 7-də Amerika prezidentinin fərmanı ilə Suriyanın Homs şəhərində harbi aerodroma 59 qanadlı raket atılıb. Vaşinqton bu əməliyyatı aprelin 4-də Suriyanın İdlib əyalətində kimyəvi silahın ehtimal olunan istifadəsinə cavab adlandırıb. RF Müdafiə Nazirliyinin məlumatına görə, Suriya aviasiyası aprelin 4-də terrorçuların kimyəvi silah istehsal etdiyi zavodu bombalamışdı. Qurumun bildirdiyinə görə, terrorçular bu silahları İraqa göndərirdilər, həmçinin Hələbdə istifadə edirdilər. RF Mətbuat Xidmətinin rəhbəri Dmitriy Peskov bəyan edib ki, Moskva Homsda hərbi bazanın Amerika tərəfindən vurulmasını Suriya dövlətinin suverenliyinə qarşı təcavüz hesab edir. Geri qayıt |