Əsas Səhifə > Dünya > Bolqarıstan Suriyada terrorçuları silahla təchiz edir
Bolqarıstan Suriyada terrorçuları silahla təchiz edir21-04-2017, 11:15 |
Suriyalı terrorçular Bolqarıstan silahından istiafadə edr. FaktXeber.com-un TASS-a istinadla verdiyi məlumata görə, bu barədə "Trud" qəzeti məlumat verib. Nəşr bildirir ki, Suriya üçün növbəti silah partiyası aprelin 4-də Bolqariyanın Burqas limanından Danimarka bayrağı altında üzən "Marianne Danika" gəmisində Səudiyyə Ərəbistanında Ciddə limanına çatdırılıb. "Trud" vurğulayır ki, son bir ayda Bolqarıstan silahı ilə yüklənmiş gəmi Səudiyyə Ərəbistanına iki reys edib və Bolqarıstana yeni bağlama üçün qayıdıb. Qəzet silahın istehsal olunduğu "VMZ-Sopot"hərbi zavoduna sorğu göndərsə də, cavab almayıb. Sofiya şəhərində Səudiyyə Ərəbistanı səfirliyində də suala cavab verilməyib, sadəcə onu bildiriblər ki, Krallıq ordusu qərb silahlarında istifadə edir. Nəşr müəyyən edib ki, "VMZ-Sopot" Amerikanın sifarişlərini həyata keçirən ABŞ-ın iki kompaniyası - Chemring və Orbital ATK ilə silah sazişi barədə müqaviləsi var. Chemring 2016-cı ildə ABŞ və müttəfiqləri üçün Amerika standartlarına uyğun gəlməyən 47 milyon dollar dəyərində iki müqavilə alıb, Orbital ATK isə 2017-ci ilin yanvarın 27-də 50 milyon dollar dəyərində silah alınması barədə saziş imzalayıb. "Trud" vurğulayıb ki, Amerika kompaniyalarına silah çatdırılması qeyri-standart silah-sursatın əldə olunması proqrammı əsasında aparılır. Azad Suriya Ordusunun komandirlərindən biri Malik əl-Kardi qəzetə müsahibəsində deyib ki, Suriyaya silahlı dəstələr üçün silahlar 15 dövlət nümayəndəsinin iştirakı ilə xüsusi Qərargah vasitəsi ilə çatdırılır. "Türkiyə və İordaniyada 15 dövlətdən ibarət xüsusi xidmət nümayəndələrinin qərargahı var. Silahlar bu qərargahlar vasitəsi ilə çatdırılır. Necəsi bizi maraqlandırmır, əsas odur ki, silah var. Biz amerikalıları və avropalıları bilərəkdən xəbərdarlıq etdik ki, "Azad Ordunun" Baş Qərargahı vasitəsi ilə bu silahlar Qərb tərəfindən terrorçu kimi tanınan təşkilatlara da çatdırıla bilər", deyə o bəyan edib. Dəqiqləşdirimiş suala cavab verərkən o, vurğulayıb ki, Silahla Təchiz etmə Qərargahı ABŞ, Böyük Britaniya, Fransa və Fars körfəzi ölkələrinn xüsusi xidmət orqanlarının nəzarəti altındadır. QALMAQAL TƏKRARLANIR Ötən ilin dekabr ayında "Trud" əməkdaşları Hələbdə olublar və terrorçuların anbarlarında Bolqarıstanda istehsal olunan iri kalibrli pulemyotlar üçün 2 milyon patron və yaylım atəşli QRAD sistemi üçün 4 min raket aşkarlamışdılar. Məlum olmuşdu ki, silah-sursatların təchizatçısı Bolqarıstanın Lyaskoveç şəhərindən "Arkus" silah kompaniyası, istehsalçısı isə "VMZ Sopot" hərbi zavodudur. Həmin vaxt Balkan ölkəsinin XİN rəhbəri olan Daniel Mitov bəyan etmişdi ki, Bolqarıstan silahların satılması standartlarına tam riayət edir və 2011-ci ildən Suriyada münaqişə başlayandan bəri ora silah ixrac etmir. Bolqarıstan silahının rəsmi satıcısı olan "Arkus" kompaniyasının icraçı direktoru Banko Bankov isə kompaniyanın Suriya ilə ticarət əlaqələrində olmadığını əmin edirdi. Geri qayıt |