Əsas Səhifə > Dünya > ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilər terror təşkilatının nümayəndələri idi

ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilər terror təşkilatının nümayəndələri idi


20-04-2017, 10:43
ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilər terror təşkilatının nümayəndələri idi
"ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilər terror təşkilatının nümayəndələri idi".

SalamNews-un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə”yə müsahibəsində deyib.

16 apreldə keçirilmiş referendumun nəticələrindən danışan Ərdoğan ATƏT-in müşahidə üçün göndərdiyi təmsilçilərin PKK bayrağı ilə çəkdirilmiş fotoşəkilini göstərib: “PKK bayrağını əlində tutan adam necə bitərəf ola bilər?! ATƏT ümumxalq səsverməsini izləmək üçün bitərəf müşahidəçilər yerinə, terror təşkilatı nümayəndələrini göndərib. Bu adam terrorçu olaraq burada hesabat hazırlayır. Bunun yazdığı hesabat necə bitərəf ola bilər?!”

Geri qayıt