Əsas Səhifə > Dünya > "Bu demokratik səsvermədə zəhməti olan hər kəsə təşəkkürlərimi bildirirəm"

"Bu demokratik səsvermədə zəhməti olan hər kəsə təşəkkürlərimi bildirirəm"


17-04-2017, 08:40
"Bu demokratik səsvermədə zəhməti olan hər kəsə təşəkkürlərimi bildirirəm"
Türkiyənin baş naziri Binəli Yıldırım referendum nəticələr bəlli olduqdan sonra sədri olduğu Ədalət və İnkişaf Partiyasının binası qarşısında toplanan izdihama səsləndi.

SalamNews –un “TRT”yə istinadla verdiyi xəbərə görə, Türkiyənin baş naziri Binəli Yıldırım: "Referendumun qeyri- rəsmi nəticələri xalqın konstitusiya dəyişikliklərinə "hə" dediyini göstərdi" dedi.
Türkiyənin baş naziri Binəli Yıldırım referendum nəticələr bəlli olduqdan sonra sədri olduğu Ədalət və İnkişaf Partiyasının binası qarşısında toplanan izdihama səsləndi.

Sözlərinə: "bilməyən eşitsin, öyrənsin: qardaşıq, bir bədən, bir millətik" deyə başlayan Yıldırım səsvermədə aktiv iştiraklarına görə vətəndaşlara təşəkkür etdi.
Referendumun əmin-amanlıq içində başa çatmasına görə şad olduğunu dilə gətirən Yıldırım Türkiyənin qarşısında artıq yeni bir səhifə açıldığını qeyd etdi və: "Bu səhifəni xalqımızın əmin-amanlığı üçün dəyərləndirəcəyik" deyə danışdı.
Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür etdiyi çıxışında: "Bu demokratik səsvermənin ortaya çıxmasında zəhməti olan hər kəsə təşəkkürlərimi bildirirəm" dedi.

Geri qayıt