Əsas Səhifə > Dünya > NATO rəhbərindən büdcə çağırışı

NATO rəhbərindən büdcə çağırışı


4-04-2017, 08:40
NATO rəhbərindən büdcə çağırışı
NATO-un baş katibi Jens Stoltenberg Almaniyanı və Avropanın digər ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.

Onun dediklərini aprelin 4-də Almaniyanın «Handelsblatt» qəzeti dərc edib.

ABŞ prezidenti Donald Trump da NATO üzvlərini müdafiəyə daha çox pul ayırmağa, bununla da Birləşmiş Ştatların yükünü azaltmağa çağırırdı.

Amma Stoltenberg deyib ki, onun çağırışı Trump-ın tələbləriylə birbaşa bağlı deyil. Onun sözlərinə görə, çağırışına səbəb Avropanın Rusiya, Suriya, İraq kimi ölkələrə yaxınlığıdır ki, onlar da avropalılara potensial gərginlik mənbəyidirlər.

«Soyuq müharibə bitəndən sonra müdafiə xərclərini azaltmaq düzgün addım idi. Amma gərginlik azalanda xərcləri kəsdiyimiz kimi, gərginlik artanda da müdafiə xərclərini artırmağı bacarmalıyıq – indi də gərginlik yüksəlməkdədir», – Stoltenberg deyib.

Martın 31-də NATO xarici işlər nazirlərinin toplantısında ABŞ-ın dövlət katibi Rex Tillerson da oxşar çağırış etmişdi. Amma almaniyalı həmkarı Sigmar Gabriel demişdi ki, ölkəsinin ÜDM-nin 2 faizini müdafiəyə xərcləməsi «tamamilə qeyri-realdır». Bu hədəfi 2006-cı ildə NATO qoyub.

Geri qayıt