Əsas Səhifə > Dünya > Kreml Fillonun vasitəçilik xəbərini rədd edir

Kreml Fillonun vasitəçilik xəbərini rədd edir


23-03-2017, 09:04
Kreml Fillonun vasitəçilik xəbərini rədd edir
Martın 22-də Kreml Fransanın prezidentliyə mühafizəkar namizədi Francois Fillon-la bağlı yayılmış məlumatları təkzib edib. Həftəlik В«Le Canard EnchaineВ» qəzeti yazıb ki, Rusiya prezidenti Vladimir Putin və Livanın neft maqnatının görüşünü təşkil etməyə Fillon-a 50 min avro ödənib.

Məlumata görə, Fillon-un konsaltinq şirkəti 2015-ci il iqtisadi forumunda Putin-lə livanlı biznesmen Fouad Makhzoumi-nin görüşünü təşkil edib.

Putin-in sözçüsü Dmitry Peskov xəbəri В«yalanВ» adlandırıb, deyib ki, Rusiyada fəaliyyət göstərən hər hansı şirkətin Putin-lə görüşdən ötrü vasitəçiyə ehtiyacı olmasını yazmaq absurddur. В«Prezidentin görüşləri protokola uyğun təşkil olunur və Kremlin hər hansı vasitəçiyə ehtiyacı yoxdurВ», – o deyib.

Hazırda Fillon-la bağlı onsuz da istintaq gedir. Elə həmin В«Le Canard EnchaineВ» yazıb ki, həyat yoldaşı illər boyu, çalışmadığı halda, onun parlamentdəki köməkçisi kimi maaş alıb.

Moskvayla isti münasibətləri olan keçmiş baş nazirin reytinqi arvadıyla bağlı iddialar ortaya çıxandan üçüncü yerə düşüb. Putin onu В«yüksək səviyyəli peşəkarВ» adlandırmışdı.

Geri qayıt