Əsas Səhifə > Dünya > Pentaqon İran gəmilərinin manevrlərindən narahatdır
Pentaqon İran gəmilərinin manevrlərindən narahatdır7-03-2017, 08:34 |
Pentaqon Fars körfəzindəki İran hərbi gəmilərinin manevrlərindən narahatdır. Pentaqondan yayılan məlumata görə, İrana məxsus gəmilər təhlükəli və qeyri-peşəkar davranırlar. Martın 2-də bir İran gəmisi ABŞ-ın keşikçi gəmisinin 150 metrliyinə yaxınlaşıb. Martın 4-də isə bir neçə hərbi katerin eyni ABŞ gəmisinə və 3 Britaniya gəmisinə yaxınlaşdığı qeydə alınıb. Pentaqonun sözçüsü kapitan Jeff Davis hər iki halda ABŞ gəmisinin kursu dəyişməli olduğunu, toqquşmadan qaçmağa çalışdığını deyib. J.Davis bu cür manevrlərin onları əndişələndirdiyini, təxribata sürükləyə biləcəyini söyləyib, əslində, son zamanlar İran gəmilərinin davranışında irəliləyiş olduğunu da vurğulayıb. Fars körfəzində İran və ABŞ gəmiləri arasında belə insidentlər ildə bir neçə dəfə təkrarlanır. Sonuncu dəfə yanvarda ABŞ-a məxsus gəmi İran gəmisinə 3 xəbərdarlıq atəşi açmalı olub. Prezident Donald Trump seçki kampaniyası zamanı ABŞ gəmilərini narahat edən istənilən İran gəmisinin məhv ediləcəyini söyləmişdi. Geri qayıt |