Əsas Səhifə > Dünya > Altı müsəlman ölkəsi vətəndaşının ABŞ-a girişi qadağan edilib
Altı müsəlman ölkəsi vətəndaşının ABŞ-a girişi qadağan edilib7-03-2017, 07:59 |
Birləşmiş Ştatlar prezidenti Donald Tramp miqrantlar haqqında yeni fərman imzalayıb. Bu, fəaliyyəti məhkəmə tərəfindən dayandırılan köhnə fərmanı əvəz etməlidir. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib. Yeni sənədə əsasən, altı müsəlman ölkəsi – İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarına 90 gün ərzində ABŞ-a girmək qadağan olunacaq. İraq bu dəfə siyahıya düşməyib. Sənəd martın 16-dan qüvvəyə minəcək. Geri qayıt |