Əsas Səhifə > Dünya > ABŞ-ın yeni daxili işlər naziri işə at belində və kovboy kostyumunda gəlib
ABŞ-ın yeni daxili işlər naziri işə at belində və kovboy kostyumunda gəlib3-03-2017, 09:32 |
ABŞ-ın yeni daxili işlər naziri Rayan Zinke ilk iş günü həmkarlarını heyrətləndirib. Belə ki, o, xidmət yerinə at belində və kovboy kostyumunda gəlib. SalamNews-un “RİA Novosti”-yə istinadla verdiyi xəbərə görə, bu addımı əks etdirən fotoları amerikalı nazir öz “Twitter” səhifəsində dərc edib. “ABŞ Milli Parklar Xidmətinin cəsur zabitləri ilə yanaşı dayanmaq mənim üçün şərəfdir”, - deyə Zinke yazıb. Qeyd edək ki, Senat Rayan Zinkeni daxili işlər naziri vəzifəsinə martın 1-də təsdiqləyib. Geri qayıt |