Əsas Səhifə > Dünya > Meksika sərhədində divar ABŞ-a 64 milyard dollar xeyir verəcək

Meksika sərhədində divar ABŞ-a 64 milyard dollar xeyir verəcək


27-02-2017, 09:42
Meksika sərhədində divar ABŞ-a 64 milyard dollar xeyir verəcək
ABŞ-ın Meksika ilə sərhəddə inşa edəcəyi divar ölkəyə 10 il ərzində 64 milyard dollar qənaət etmək imkan verəcək. FaktXəbər-in "RT"-yə istinadən verdiyi məlumata görə, bu barədə immiqrasiya məsələləri üzrə elmi mərkəzin direktoru Stiven Kamarota hesabat hazırlayıb. Amerikalı alimin fikrincə, yeni divar Latın Amerikasından qeyri-leqal miqrantların axınını məhdudlaşdıracaq və bununla da büdcəyə qənaət etmək imkanı yaradacaq.

Qeyd edək ki, hər il ABŞ-a təxminən 170 min meksikalı qeyri-qanuni yollarla daxil olur. Hər bir qeyri-leqal miqranta ABŞ büdcəsindən 94 min dollar sərf olunur.

Xatırladaq ki, Meksika ilə sərhəddə inşa olunacaq divar ABŞ hökumətinə 21,6 milyard dollara başa gələcək. ABŞ-Meksika arasında inşa olunacaq sərhəd kompleksinin uzunluğu 2 min kilometr olacaq.

Geri qayıt