Əsas Səhifə > Dünya > Lukaşenko ruslar arasında nüfuzunu itirir

Lukaşenko ruslar arasında nüfuzunu itirir


21-02-2017, 08:06
Lukaşenko ruslar arasında nüfuzunu itirir
Rusların 43%-i Belarusun Rusiya ilə daha çox yaxınlaşmaq istədiyini düşünür.

Axar.az xəbər verir ki, bu nəticə Rusiya İctimai Fikir Fondunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Belarusun Moskvaya xəyanət edərək Qərblə yaxınlaşmaq istədiyini düşünənlərin sayında isə keçən il artım olub. Belə ki, 2016-cı ildə Belarusun Qərbə yön aldığını düşünən rusların sayı əhalinin 24%-ni (2015-ci ildə bu rəqəm 11% idi) təşkil edib.

Son hadisələrdən sonra Belarus Prezidenti Lukaşenkonun da ruslar arasında nüfuzu aşağı düşüb. Əhalinin yalnız 42%-i (2015-ci ildə bu göstərici 54% idi) Lukaşenkoya xoş münasibət bəsləyir.

Geri qayıt