Əsas Səhifə > Dünya > 'Rusiya və ABŞ kəşfiyyatı əlaqələri bərpa etməlidir'

'Rusiya və ABŞ kəşfiyyatı əlaqələri bərpa etməlidir'


17-02-2017, 09:01
'Rusiya və ABŞ kəşfiyyatı əlaqələri bərpa etməlidir'
Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ və Rusiyanın kəşfiyyat agentlikləri əlaqələrini bərpa etməlidirlər, bu, terrorla mübarizəni gücləndirər.

«Birləşmiş Ştatların, eləcə də NATO-nun digər üzvlərinin kəşfiyyat agentlikləriylə dialoqun bərpası hamımızın maraqlarına uyğundur. Terrorla mübarizədə bütün ölkələr və beynəlxalq təşkilatlar birgə çalışmalıdırlar». Bunları V.Putin dünən—fevralın 16-da Federal Təhlükəsizlik Xidmətinin (FSB) toplantısında söyləyib.

2014-cü ildən--Rusiya Ukraynaya müdaxilə edəndən sonra Vaşinqtonla Moskvanın münasibətləri pisləşib, Soyuq müharibə dövrü həddinə düşüb, bir çox sahələrdə əməkdaşlığa son qoyulub.

FSB-nin toplantısında Rusiya prezidenti həm də keçən il ölkəyə kiberhücumların 3 dəfə artdığını deyib, hücumlardan qorunmağa çağırıb. Prezident Türkiyədəki səfirin qətlini xatırladaraq, xarici ölkələrdəki nümayəndəliklərin təhlükəsizliyiylə bağlı əlavə tədbirlər görülməsini istəyib.

Geri qayıt