Əsas Səhifə > Dünya > Rusiya Ukrayna ilə sərhəddə ordusunu döyüşə hazır vəziyyətə gətirdi
Rusiya Ukrayna ilə sərhəddə ordusunu döyüşə hazır vəziyyətə gətirdi15-02-2017, 10:09 |
FaktXəbər-in "DHA"-ya istinadən verdiyi məlumata görə, Rusiya Ukrayna ilə sərhəddə yerləşən ordusunu hərbi təlim adı ilə döyüşə hazır vəziyyətə gətirib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi açıqlayıb ki, quru qoşunlarla birgə zirehli texnikalar, top batareyaları, raket batareyaları, həmçinin Sankt-Peterburqdakı hava və dəniz bazaları hərbi təlimlərdə iştirak edəcək. Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Donbas bölgəsində Rusiya tərəfdarı olan separatçılarla ordu qüvvələri arasında qarşıdurmalar geddikcə şiddətlənir. Ukrayna ordusu ağır artileriya zərbələri endirməklə separatçıların müqavimətini qismən qırmağa müvəffəq olub. Bundan əlavə Donetsk və Luqanskda separatçılara rəhbərlik edən "Qivi" və "Motorola" adlı liderlər də zərərsizləşdirilib. Bu arada Kiyev rəhbərliyi də Rusiyanın təxribat yaradaraq Ukraynaya birbaşa hərbi müdaxiləyə hazırlaşdığını bəyan edib. Ukrayna rəsmiləri hazırda Donetsk və Luqanskda Rusiya ordusuna bağlı 6 min əsgərin olmasını bildirir. Geri qayıt |